Tramp “İran danışıqlar aparmaq istəyir” iddiasını bir daha təkrarlayıb

Bölmə: Dünya › ,
Tarix: 13:17 19.06.2025

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada İranla bağlı danışarkən belə deyib: “Onlar razılaşma əldə etməli idilər, mən onlara möhtəşəm bir razılaşma təklif etmişdim… Sonda imtina etməyi seçdilər və indi ‘Kaş ki, qəbul edərdik”.

 

Tramp İran nümayəndələrinin “görüşmək istədiklərini” və Ağ Evə gəlmək istədiklərini bir daha iddia edib. Lakin İran rəhbərliyi bu iddianı daha əvvəl sosial şəbəkələrdə təkzib edərək belə açıqlama verib: “Heç bir iranlı rəsmi Ağ Evin qapısında diz çöküb yalvarmaq istəmir".

 


Bir jurnalist Trampa “Rejim dəyişə bilərmi?” sualını verib. Tramp isə cavabında “Əlbəttə. Hər şey ola bilər, elə deyilmi?” deyə bildirib. Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlarda daha əvvəl hərəkətə keçməli olduğunu deyərək “Onlar razılaşma etməli idilər”, – deyib və əlavə edib:


“Bu ölüm və dağıntı nəyə görədir? Niyə daha əvvəl mənimlə danışıqlara başlamadılar?”

 


İsrailin 13 iyun – cümə günü hücumlara başladığı vaxtdan əvvəl İran nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edirdi və ABŞ ilə yeni danışıqlar mərhələsinin bazar günü baş tutacağı planlaşdırılırdı. Lakin hücumların başlamasından sonra İran bu danışıqlardan geri çəkildi və hücumlar davam etdiyi müddətdə danışıqlara qayıtmayacağını açıqladı.

 

BBC News
Fatimə Heydərova