Səid Xətibzadə- "İran heç vaxt atom bombası yaratmağa çalışmayacaq"

Bölmə: Dünya › ,
Tarix: 15:44 20.06.2025

"İran heç vaxt atom bombası yaratmağa çalışmayacaq və gələcəkdə də buna can atmayacaq".

 

"İnformator.az" ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

 

Bundan əvvəl "The Economist" yazıb ki, İsrailin İranla müharibəyə başlamasının əsas səbəbi İranın nüvə proqramı ilə bağlı əldə olunan kəşfiyyat məlumatları olub. Belə ki, İsrail kəşfiyyatı İranın nüvə alimləri ilə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) Hərbi Hava Qüvvələrinin komandanlığı arasında nüvə başlıqlı raketlərin yaradılması ilə bağlı görüş keçirildiyini müəyyən edib.

İyunun 19-da axşam Ağ Ev bildirib ki, İrana nüvə silahı yaratmaq üçün bir neçə həftə lazım olacaq.

 

Bütün bunların fonunda "Fox News" telekanalı məlumat yayıb ki, ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir.