Rusiya İran-İsrail münaqişəsində vasitəçi olmağa can atmır-Putin

Tarix: 19:56 20.06.2025
Rusiya İsrail və İran arasındakı münaqişənin həllində vasitəçiliyə can atmır, lakin öz ideyalarını təklif edir.
"İnformator.az" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında bildirib.
O qeyd edib ki, Rusiyanın İran-İsrail münaqişəsi ilə bağlı təklifləri müzakirə olunur: “Rusiya demək olar ki, hər gün İranla təmasdadır”.