İran Səhiyyə Nazirliyi: İsrail gecəyarısı Tehranda bir xəstəxananı vurub

Bölmə: Dünya › ,
Tarix: 15:53 20.06.2025

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur İsrailin gecə saatlarında Tehranda yerləşən bir xəstəxanaya raket hücumu təşkil etdiyini bildirib.


“Entekhab” xəbər saytının məlumatına görə, Kermanpur bu barədə yazılı açıqlama yayıb.
İranlı rəsmiyə görə, hücum nəticəsində hədəf alınan xəstəxana barədə əlavə məlumat verilməyib.


Digər tərəfdən, dövlət televiziyasına danışan İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd İsrailin hücumları nəticəsində ümumilikdə 5 xəstəxananın zərər gördüyünü qeyd edib.


TRT HABER
Solmaz Muradova