"Biz Türkiyəni təhlükəsizlik aktyoru kimi görürük"

Tarix: 15:53 20.06.2025
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyəni təhlükəsizlik sahəsində bir aktyor kimi gördüklərini ifadə edərək, İstanbulun son vaxtlar vasitəçilik mərkəzi kimi ortaya çıxmasından məmnunluqlarını ifadə edib.
Kallas, Aİ Komissiyasında Türkiyənin namizəd ölkə olaraq Birliyin yeni maliyyələşdirmə aləti olan Avropa Təhlükəsizlik Fəaliyyətinin (SAFE) bir hissəsi olması ilə bağlı sualı cavablandırıb.
"Aİ-də təhlükəsizlik və müdafiə ilə bağlı verdiyimiz qərarlar masaya çoxlu yeni pullar gətirir",- deyən Kallas, "Bu, üzv dövlətlərin kredit və ya birgə satınalmalar, ortaq layihələr alması üçün rıçaq təmin edir. Əslində bu, həm pul almaq, həm də Türkiyə kimi tərəfdaşlarımızla əməkdaşlıq etmək deməkdir".
Avropa ölkələrinin müdafiə alışlarının 60 faizini ABŞ-dən etdiyini ifadə edən Kallas, "Bu, Ukrayna müharibəsində də gördüyümüz kimi öz müdafiə sənayemizi gücləndirməmiz lazım olduğunu göstərir. (SAFE uyğun olaraq) Birlikdə təchizat təmin edə biləcəyimiz yerlər var, Türkiyə kimi tərəfdaş ölkələrlə Avropa müdafiə sənayesi üçün nəzərdə tutulmuş vasitələr var",-dedi.
"İndi Türkiyənin namizəd ölkə olaraq Avropa ölkələri ilə ortaq layihələr üçün SAFE kreditlərinə çıxışı var",- deyən Kallas, "Türkiyəni mütləq təhlükəsizlik sahəsində bir aktyor olaraq görürük",-dedi.
Diplomatik səylərdə İstanbulun yeri
Kallas, İsrailin İrana hücumu ilə başlayan vəziyyətə də toxunaraq, "Əlbəttə ki, Yaxın Şərqdəki bu müharibə son dərəcə narahatedicidir. Bir çox ünsür var. Nüvə obyektlərinə hücumlar narahatlıq doğurur",-dedi.
İranla bağlı diplomatik həllin tərəfdarı olduqlarını vurğulayan Kallas, İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinin gündəmdə olduğunu, başqa yolların tapılması üçün səylərin davam etdiyini bildirib.
Kallas, "Türkiyənin roluna gəlincə, İstanbul bir çox görüşlərin keçirildiyi yer olub. Ona görə də hər kəs bu vasitəçiliyə minnətdardır",-dedi.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli