Finlandiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi kəskin artıb

Tarix: 11:43 21.06.2025
2025-ci ilin I rübündə Finlandiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların məbləği 19 milyon 348 min ABŞ dolları təşkil edib.
“İnformator.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.9 dəfə və ya 18 milyon 721 min ABŞ dolları artıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Finlandiya iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların miqdarı isə 6.4 dəfə artaraq 5 milyon 565 min ABŞ dolları olub.
Xatırladaq ki, bu ilin I rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 315 milyon 116 min ABŞ dolları, Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların məbləği isə 1 milyard 519 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Finlandiyadan ölkəyə birbaşa investisiyaların həcmi ümumi cəb edilmiş investisiyaların 1.3%-nə, Finlandiyaya investisiyalar isə birbaşa xarici investisiyaların 1.8%-nə bərabər olub.