İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb

Tarix: 17:10 21.06.2025
İspaniya millisinin sabiq futbolçusu İker Munyain Argentinanın "San-Lorenso" klubundan ayrılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi 2024-cü ildən bu komandada çıxış edirdi.
Qeyd edək ki, İ.Munyain Argentina təmsilçisinin heyətində 26 oyun keçirib, 4 qola, bir məhsuldar ötürməyə imza atıb.