Polşalı diplomatlar Qarabağa ikigünlük səfəri yüksək qiymətləndiriblər

Tarix: 18:15 21.06.2025
Polşanın Azərbaycandakı diplomatları ölkədə akkreditə olunmuş diplomatik korpus tərkibində Qarabağ regionuna ikigünlük səfəri çox maraqlı adlandırıblar.
"İnformator.az" xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Polşanın Bakıdakı səfirliyi Azərbayca Respublikası Prezident Administrasiyasının kollektivinə, diplomatik korpusun Qarabağa çox maraqlı və yaxşı təşkil olunmuş səfərinə görə təşəkkür edir”, - paylaşımda qeyd edilib.
Ötən gün Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi ataşelər qrupunun Qarabağ və Şərqi Zəngəzur regionuna ikigünlük səfəri başlayıb. Hazırda onlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdaraq səfərlərini başa vururlar.