Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb

Bölmə: İdman › ,
Tarix: 17:18 21.06.2025

Fransanın IV divizionunda çıxış edən "Bordo" İngiltərə millisinin sabiq üzvü Endi Kerrolla yollarını ayırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bir vaxtlar ölkəsinin "Liverpul" klubunda çıxış etmiş 36 yaşlı hücumçunun müqaviləsinə qaşılıqlı şəkildə xitam verilib.


Qeyd edək ki, E.Kerroll "Bordo"nun heyətində 21 matçda 11 qol vurub.