İran ABŞ-nin münaqişəyə müdaxiləsinin “təhlükəli” olacağını bildirib

Bölmə: Dünya › ,
Tarix: 17:47 21.06.2025

 

İranın xarici işlər naziri xəbərdarlıq edib ki, ABŞ-nin İsrail-İran münaqişəsinə qarışması “çox-çox təhlükəli” nəticələrə səbəb ola bilər. İranın cənub-qərbində partlayış səsləri eşidilib, İsrail Müdafiə Qüvvələri bölgədəki “hərbi infrastrukturun hədəfə alındığını” açıqlayıb.

 

İsrail ordusu gecə saatlarında həyata keçirilən xüsusi hücum nəticəsində iranlı komandir Saeed Izadi-nin öldürüldüyünü bildirib. BBC-nin Jiyar Gol-un yazdığına görə, bu hücumlar İranın kəşfiyyat xidmətindəki ciddi zəiflikləri üzə çıxarır. Digər tərəfdən, ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard fikrini dəyişərək bildirib ki, İran “bir neçə həftə ərzində nüvə silahı istehsal edə bilər”.


BBC
Asiman Vəliyeva