Prezident Ərdoğan Trampla görüşüb

Tarix: 16:18 25.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində Haaqada ABŞ Prezidenti Donald Trampla görüş keçirib.
Görüş, Hollandiya kralı Willem-Alexander və onun həyat yoldaşının sammitə qatılan liderlər və onların xanımlarının şərəfinə təşkil etdiyi rəsmi nahardan sonra baş tutub. Liderlər Kral Sarayında qapalı qapılar arxasında bir araya gəliblər.
Prezident Ərdoğan görüş zamanı İsrail və İran arasında əldə olunan atəşkəsi alqışlayıb və Qəzzada davam edən humanitar böhranın tezliklə sona çatması üçün qarşılıqlı dialoqun əhəmiyyətini vurğulayıb.
TRT haber
Mahmudlu Ləman