Ərdoğan Makronla görüşüb

Tarix: 17:52 25.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Niderlandda görüşüblər.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, görüş Haaqa şəhərində NATO-nun dövlət və hökumət başçıları sammiti çərçivəsində baş tutub.