Ağdərədə ilk körpə dünyaya gəlib

Bölmə: Sosial › ,
Tarix: 18:34 25.06.2025

İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.


Bu barədə "İnformator.az" xəbər verir.

 

Ağdərə rayon Baş Güney kəndində qeydiyyatda olan, 2005- ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır. Suqovuşan kəndində dünyaya göz açan körpəyə Asiya adını veriblər.

 

Hazırda Tibbi heyət tərəfindən ana və Yeni doğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.

 

Qeyd edək ki, körpənin atası Mahir Qurbanzadə müharibə iştirakçısıdır. M. Qurbanzadə 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edərək müharibə iştirakçısı medalı ilə təltif olunub.


Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.



Bölmədən digər xəbərlər
Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olundu
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.