İsraili qızışdıracaq iddia! -Tramp Netanyahuya qarşı səsini ucaldıb

Tarix: 16:23 25.06.2025
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsi pozmağa cəhd edən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı səsini ucaldaraq “hücum dayandırın”- dediyi iddia edilir.
İsrail mediası ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsdən sonra İsrail döyüş təyyarələrinin İranın paytaxtı Tehrana doğru irəlilədiyini, telefonda İsrailin Baş Naziri Binyamin Netanyahuya səsini ucaldaraq “hücumu dayandırın” dediyini bildirib.
İsrailin Jerusalem Post qəzetinin yüksək səviyyəli İsrail mənbəsinə əsaslanaraq yazdığı xəbərə görə, səhər saatlarında Tramp və Netanyahu arasında sərt telefon danışığı olub.
Səhər saatlarında İsrail İranı atəşkəsi pozmaqda və Tehrana döyüş təyyarələri göndərməkdə ittiham edərkən, Tramp və Netanyahu telefonla danışıb.
Xəbərdə Trampın Netanyahuya səsini ucaltdığı, ona “hücumu dayandır” dediyi, Netanyahunun “söhbət əsnasında çox danışa bilmədiyi, sadəcə Trampa dönə-dönə təşəkkür etdiyi” ifadə edilib.
İsrailli mənbə “Netanyahu ilə Tramp arasında söhbətin çətin keçdiyini və ABŞ Prezidentinin atəşkəsi uğur kimi gördüyünü və heç kimə, qətiyyən heç kimə onu pozmağa imkan verməyəcəyini açıq şəkildə vurğuladığını”- paylaşıb.
Haber Global
Əminə Əliyeva