Almaniya iqtisadiyyatı bərpa olunur: enerji böhranı və tənəzzüldən sonra ümid işığı

Bölmə: Dünya › ,
Tarix: 16:25 25.06.2025

 

Mərkəzi ofisi Berlində olan Alman İqtisadi Araşdırmalar İnstitutu (DIW) enerji böhranı və qlobal iqtisadiyyatın yavaşlaması səbəbindən uzun müddətdir çətin dövrlər yaşayan Almaniya iqtisadiyyatının canlanma prosesinə girdiyinə diqqət çəkib.

 


DIW-nin iyun ayı iqtisadi barometrinə görə, göstərici 4 bənd artaraq 94,2-yə yüksələrək son iki ilin ən yüksək dəyərinə çatıb. 100 balın orta artımı ifadə etdiyi barometrdə bu artım iqtisadiyyatda canlanma gözləntilərini gücləndirib.

Qlobal qeyri-müəyyənlik davam edir, lakin gözləntilər müsbətdir
ABŞ-nin AB idxalına tətbiq etdiyi tariflərlə bağlı qeyri-müəyyənliklərin Alman şirkətlərini və ev təsərrüfatlarını gərginləşdirməyə davam etdiyi bildirilərkən, yeni federal hökumət tərəfindən həyata keçirilən əhatəli maliyyə paketinin iqtisadiyyatda müsbət atmosfer yaratdığı ifadə edilib. Avropa Mərkəzi Bankının faiz dərəcələrini aşağı salması və inflyasiyanın azalması da bu canlanmanı dəstəkləyir.
“Daxili tələbatın gücləndirilməsi kritikdir”
DIW iqtisadçısı Guido Baldi, illərin durğunluğundan sonra iqtisadiyyatda canlanma əlamətlərinin artdığını ifadə edərək, "Fiskal siyasət və daxili siyasi sabitlik bu canlanmanı dəstəkləyir. Ancaq qlobal iqtisadiyyatın zəifləməsi və geosiyasi risklər səbəbindən daxili tələbin stimullaşdırılması həyati əhəmiyyət kəsb edir"- deyib.

 

CNN Türk
Əminə Əliyeva