Zelenski hərbçilərin maaşlarını artırıb

Tarix: 22:18 27.06.2025
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi qulluqçuların maliyyə təminatının artırılması məsələsinin nəzərdən keçirilməsini hökumətə tapşırıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, hökumət qarşıdakı üç il üçün büdcə planlaşdırmasında xüsusilə yeni silah və hərbi texnikanın hazırlanması və satın alınmasına üstünlük verməlidir. Buraya yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları, robotlaşdırılmış sistemlər, radioelektron mübarizə vasitələri, hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika daxildir. Eyni zamanda, təhlükəsizlik və müdafiə qüvvələrinin şəxsi heyətinin saxlanması və onların sosial təminatlarının tam və vaxtında maliyyələşdirilməsi də əsas prioritetlər sırasında yer alır.