Yığma komandalarımız Ermənistan və Gürcüstan millilərini məğlub edib

Tarix: 22:22 27.06.2025
Çimərlik voleybolu üzrə yığma komandalarımız Ermənistan və Gürcüstan millilərini məğlub ediblər.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalarımız uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.
Bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.