Lerikdə qadını döyənlər qohumları olub

Tarix: 15:07 28.06.2025
Lerik rayonunda qadın qonşu qardaşlar tərəfindən döyülüb.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə rayonun Zərdəbər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 35 yaşlı Pərvanə Talıbovanın qonşuları Ruslan və Orxan qardaşları tərəfindən döyüldüyü iddia olunur.
Bu barədə zərərçəkənin həyat yoldaşı Rizvan Əliyev məlumat verib. Yaralı qadın Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Lerik rayonunun Zərdəbərə kəndində qonşuluqda yaşayan qohumlar arasında baş vermis münaqişə ilə bağlı araşdırma aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, təyin edilmiş ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.