Krımda Rusiyanın 3 helikopteri məhv edilib

Tarix: 17:24 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krım ərazisində Rusiya hərbçilərinə qarşı xüsusi əməliyyat həyata keçirdiyini bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Interfaks-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 27-dən 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanları "Kirovskoye" hərbi aerodromuna hücum edib, aviasiya komponentlərinin yerləşdiyi yerlərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və s. zərbələr endiriblər.
"Mövcud məlumatlar “Mi-8”, “Mi-26” və “Mi-28” çoxməqsədli və zərbə helikopterlərinin, həmçinin "Pantsir-S1" özüyeriyən zenit-raket kompleksinin məhv edildiyini göstərir", - mənbə vurğulayıb.