"Milan" Kayl Uokerlə bağlı qərar verib

Tarix: 17:49 28.06.2025
İtaliyanın "Milan" klubu Kayl Uokerlə bağlı qərarını verib.
"İnformator.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, icarə müddəti 2024/2025 mövsümünün sonunda başa çatan futbolçu ilə yollar ayrılacaq.
Müqavilə ilə "Mançester Siti"yə məxsus olan 35 yaşlı yarımmüdafiəçi yanvardan İtaliya klubunda oynayırdı. O, "Milan"ın heyətində bütün yarışlarda ümumilikdə 16 matçda meydana çıxıb.
2017-ci ildən "Mançester Siti"də çıxış edən K.Uoker 6 dəfə İngiltərə çempionu adını qazanıb.