Azərbaycan yığması Belarusa uduzub

Tarix: 23:19 28.06.2025
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gəlib.
Jodinodakı “Torpedo” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.