Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

Tarix: 23:39 28.06.2025
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn Azərbaycan yığmasının üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.