"Almaniya üçün Alternativ" partiyasına qadağa

Bölmə: Siyasət › ,
Tarix: 18:09 30.06.2025

Almaniyada “Almaniya üçün Alternativ” (AA) Partiyasının qadağan edilməsi ilə bağlı təşəbbüs siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamsında bildirib ki, fəaliyyətdə olan hər hansı bir partiyanın bu və yaxud digər səbəbə görə Avropa Birliyi ölkəsində bağlanması ictimai rezonansa səbəb ola bilər:

 

"Çünki Avropa standartlarına, dəyərlərinə, onların ideologiyasına zidd bir addımdır. Əhalinin bir hissəsinin ideologiyasını təmsil edən bir partiyanın bağlanması Avropa Birliyi üçün, başda Almaniya olmaqla , qəbuledilməz faktdır. Amma digər tərəfdən də partiyaının həyata keçirdiyi fəaliyyətləri bütün Avropa Birliyinə təsirləri müzakirə etmək lazımdır. Sovet İttifaqından qalma bir adət var ki, kommunist ideologiyalı, sol görüşlü partiyaları Moskva dəstəkləyir. Bunun nəticəsində Varşava müqaviləsi başda olmaqla, bir çox ölkələrdə kommunist ideologiyalı partiyalar iqtidara gəlmiş və bu iqtidarı uzun illər saxlamağa müvəffəq olublar. Amma hazırda bu fəaliyyət məhdudlaşdırılmış vəziyyətdədir. Sovet İttifaqından qalma bir miras Moskvanı yenidən bu partiyaları aktivləşdirib özünə dəstək göstərməyə təşviq etməkdədir. Bu təkcə Almaniyada deyil, Fransada, Macarıstanda, İtaliyada da meydana gəlib. Moskva bu ölkələrdə keçmiş kommunist ideologiyalı partiyaları reablitasiya edərək, onların seçkilərdə iştirak etməsinə, bəyanatlar verməsinə nail olmaq istəyir. Nəticə etibarı ilə bütün bunlar hamısı Rusiyanın maliyyələşdirməsi, eyni zamanda ideoloji olaraq, mənəvi cəhətdən dəstəkləməsi ilə müşahidə olunur. Belə olduğu təqdirdə, nə Almaniya, nə Fransa və ya hər hansı bir Avropa ölkəsi və Avropada olmayan dövlət öz ərazisində Rusiyanın ideologiyasını təmsil edən, propokanda edən bir partiyanın dəstəkləyə və yaxud da ki, onların fəaliyyətinə şərait yarada bilməz. Bu Avropa dəyərlərinə, liberal ideologiyanın əksinə getsə də, bu mümkün olmamalıdır. Bu partiyalar həmin ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirdiyi üçün fəaliyyətlərinin qadağan olunması normal haldır".


Billurə Quliyeva