Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərib
.jpg)
Tarix: 11:36 01.07.2025
Slovakiya Azərbaycana yeni səfir təyin edib.
"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Elçin Qasımov təyin olunub.
Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiya üzrə 8 diplomatik missiyanın rəhbərinə etimadnamələrini təqdim edib.
Qeyd edək ki, E.Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir.