Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusla növbəti oyuna çıxacaq

Tarix: 09:59 01.07.2025
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçiriəcək.
"İnformator.az"ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək.
Qarşılaşma Minskdə yerləşən “Traktor” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.