Kim Çen onlar üçün kədərlənib

Bölmə: Dünya › ,
Tarix: 15:05 01.07.2025

Şimali Koreya lideri Kim Çen İn Rusiya tərəfində Ukraynaya qarşı döyüşüb həlak olan koreyalı əsgərlərinin xatirəsini yad edən zaman kədərlənib.

"İnformator.az" xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət televiziyası məlumat yayıb.

Kanal Pxenyanda Kim Çenin öldürülən koreyalılardan birinin tabutunun üzərinə Şimali Koreya bayrağını qoyduğu mərasimin görüntülərini nümayiş etdirib.

 

Mərasimdə onu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.