"Rusiya Azərbaycan tərəfi ilə birbaşa əlaqədədir"-Dmitri Peskov

Tarix: 15:12 01.07.2025
"Rusiya Bakı ilə birbaşa təmaslar vasitəsilə "Sputnik" agentliyinin Azərbaycanda saxlanılan əməkdaşlarının azadlığa buraxılmasına nail olacağına ümid edir".
"İnformator.az" Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə onların azad edilməsinə nail olacağıq", - deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"ın ofisində əməliyyat keçirib. Əməliyyat zamanı "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov saxlanılıblar.