Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeləri bəlli olub

Bölmə: İdman › ,
Tarix: 10:02 01.07.2025

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.


"İnformator.az" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.

 

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub. Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.


Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir. Burada çinli Yifan Hou (2633) liderdir.