Bələdiyyə sədri Tunç Soyer nəzarətə alınıb

Tarix: 10:42 01.07.2025
İzmir Respublika Prokurorluğu İzmir Böyükşəhər Bələdiyyəsi haqqında korrupsiya və qanun pozuntuları iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer və CHP İzmir İl sədri Şenol Aslanoğlu saxlanılıb.
Korrupsiya iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində 157 şübhəlinin olduğu bildirilir.
İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyatla bağlı CHP-nin sədr müavini və partiya sözçüsü Deniz Yücel, "Şəfəq əməliyyatları bitmir. İfadəyə çağırıldıqları təqdirdə gedib ifadə verə biləcək vəziyyətdə olan insanlar reputasiyaya sui-qəsd hədəfinə çevrilir" deyib.
BBC News
Aysel Mirzəyeva