Rusiya Ukraynanın itkilərini yeniləyib-1224-cü gün

Bölmə: Dünya › ,
Tarix: 18:12 01.07.2025

Rusiya müharibənin 1224-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 66 477 PUA-sı, 612 zenit-raket kompleksi, 24 101 tank və digər zirehli texnikası, 1 573 reaktiv yaylım atəş sistemi, 26 812 artilleriya və minaatanı, 37 524 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.