ABŞ-dən Rusiyaya cavab-“Tramp olmasaydı, bu mümkün deyildi”

Tarix: 21:11 01.07.2025
Dövlət Departamentinin sözçüsü Temmi Bryus Rusiyanın NATO ilə bağlı narahatlığına cavab verərək bildirib ki, müdafiə xərclərinin artımı Alyansın çəkindirici güc roluna qayıdışıdır.
Mövzu ilə bağlı politoloq Oktay Qasımov "İnformator.az" a açıqlamasında bildirib ki, NATO da xərclərin artırılması birbaşa Donald Trampın mövqeyindən asılı idi və Donald Trampa özünün birinci hakimiyyəti dönəmində bu məsələdə mövqe nümayiş etdirib:
"Hələ o zaman Avropa ölkələrinin müdafiə xərclərini iki faizə qədər artırmağı tələb edirdi. Bunun ardınca artıq Avropa ölkələri bu çağırışa çox da ciddi diqqət yetirmədiklərindən
Donald Tramp hazırda bu tələbi beş faiz ə qədər qaldırdı və son haqa zirvəsində NATO ölkələri Donald Trampın tələbi əsasında 2035-ci ilə qədər hərbi xərclərin hərbi daxili məhsulun beş faizə qədər artırılmasına nail oldu ki, bu, əlbəttə, NATO-nun çox ciddi şəkildə hərbi potensialının gələcəkdə güclənməsinə gətirəcək ki, bu da onu çəkindirici funksiyasını daha da artıracaq. Doğrudur, hazırda NATO-nun özünün daxilində də bir çox məqamlarla bağlı fikir ayrılıqları var. Amma bütün bu fikir ayrılıqlarına baxmayaraq, əgər Amerika öz mövqeyində qalacaqsa və NATO ilə bağlı tələbləri qəbul olunandan sonra bu ittifaqın hərbi güc olaraq siyasi güc olaraq qalmasında maraqlı olacaqsa, əlbəttə, NATO kifayət qədər güclənəcək və nəzərə alsaq ki, NATO ölkələrinin birlikdə ümumi daxili məhsullarının Həcmi təxminən 45 milyard 45 milyard dolları keçir və bunun beş faizini hərbi xərclərə ayrılmasının necə bir fantastik rəqəmlərlə ifadə olunduğunu görməkdə mümkündür. Bu baxımdan Amerikanın nümayəndəsinin söylədiyi fikirlərdə bir gerçəklik var".
Şərhçi həmçinin bildirib ki, Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi həm ABŞ-nin, həm də Suriyanın maraqlarına uyğundur:
"Bu gözlənilən bir addım idi. Çünki may ayında Tramp Ərəbistana səfər edərkən orada 1/4 görüş keçirildi. Həmin görüşə Suriya prezidentidə qatıldı. O zaman Türkiyə və Səudiyyə Ərəbistanın təklifləri əsasında Tramp Suriyaya sanksiyaların qaldırılacağı ilə bağlı vəd verdi və o vədini tutdu. Hazırda bu sanksiyaların qaldırılması Suriyanın gələcəyi üçün olduqca, önəmli rol oynayacaq. Belə ki həm ölkənin bərpasında, yenidən qurulmasında, ölkədən qaçmış milyonlarla inasanın geri dönüşündə və təhlükəsizlik siferasında müəyyən sabitliyə gətirib çıxaracaq. Bu da çox önəmli bir hadisə olacaq. Belə ki Bəşər Əsəd rejimindən sonra yeni hökumətin qarşısında duran əsas çağrışlardan biri sanksiyaların ləğvi idi ki, bunada artıq nail olunub. Sanksiyaların ləğvi Suriyanın inkişafına töhfələr verəcək. Əlbəttə, bu Amerikanın maraqlarına ona görə uyğundur ki, ABŞ Yaxın Şərqdə yeni təhlükəsizlik arxekturası qurmağa cəht edir. Bu baxımdan Suriyanın yeni hakimiyyətinin Amerika ilə münasibətlərinin yaxın olması həm də Yaxın Şərqdə gərginliyin azalacağı amillərdən biridir".
Ayşən Səlimova