İsveç Ukraynaya yeni barellər göndərəcək

Bölmə: Dünya › ,
Tarix: 17:26 03.07.2025

İsveç hökuməti Ukraynaya 1,5 milyard kron (təxminən 160 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayırıb. Yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə Archer artilleriya sistemləri üçün 10 yeni çəllək (barel) tədarük ediləcək.

 

Bu qərar Ukraynaya döyüş meydanında effektivliyini sübut etmiş İsveç istehsalı olan Archer sistemlərindən istifadəni davam etdirməyə imkan verəcək.

 

Yardım paketi təkcə artilleriya avadanlıqları ilə məhdudlaşmır. Ayrılan vəsait həm də uzaq məsafədən döyüş aparmaq üçün texniki vasitələrin, sualtı sistemlərin, eləcə də maddi-texniki təchizat vasitələrinin — yük maşınları, yükləyicilər və kranların — təminatına yönəldiləcək.

 

Qeyd edək ki, bu yardım paketi İsveçin Ukraynaya daha əvvəl elan etdiyi dəstək paketinin bir hissəsidir.

 

Mənbə: Caliber

Aytən Ağazadə