Ərdoğan bu gün Xankəndiyə səfər edəcək

Bölmə: Dünya › ,
Tarix: 09:03 04.07.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün Xankəndi şəhərinə səfər edəcək. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə əsasən iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatdaxili islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq.