Anar Bağırov Rusiya Federal Vəkillər Palatasına və beynəlxalq təşkilatlara müraciət edib

Bölmə: Dünya › ,
Tarix: 13:11 04.07.2025

Azərbaycanın Vəkillər Kolegiyasının rəhbərliyi Rusiya Federal Vəkillər Palatasına və həm də beynəlxalq təşkilatlara müraciət edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Vəkillər Kollgiyasının Rəyasət heyətinin sədri Anar Bağırov sosial şəbəkə heabında yazıb.

 

Qeyd edib ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur:

 

"Bu gün Rusiyanın bir sıra KİV-ində son günlər ölkəmizdə həbs olunmuş Rusiya vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət kollegiyaya daxil olmayıb.


Həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət yoxdur".