Rusiyadan üç ölkəyə ittiham: -İrana hücumda iştirak ediblər

Bölmə: Dünya › ,
Tarix: 09:15 04.07.2025

“Böyük Britaniya, Fransa və Almaniya ABŞ və İsrailin İrana hücumunda faktiki olaraq ortaq olub”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.


“Beynəlxalq hüququn bu kobud pozuntuları London tərəfindən heç bir etiraz edilmədən qəbul olunub. Amma ingilislər Yaxın Şərqdə böyük müharibəyə girməyə tələsmirlər. Buna görə də hücumdan sonra ilk saatlarda Londonda bütün səviyyələrdə İranın nüvə obyektlərinin atəşə tutulmasında iştirak etmədiklərini bəyan etməyə tələsiblər. Amma bu, Londonun Berlin və Parislə birlikdə uzun illər İranın nüvə proqramını gözdən salmaq cəhdləri fonunda mahiyyəti dəyişmir. Bu, faktiki olaraq bu ölkələri təcavüzün ortağı edib”, - Kelin bildirib.