“ Xankəndi qardaş ölkələr arasında sülh bölgəsinə çevrilib”-Şavkat Mirziyoyev

Bölmə: Dünya › ,
Tarix: 13:45 04.07.2025

"Biz Xankəndini qardaş ölkələr arasında sülh bölgəsinə çevrilməsi baxımından yüksək qiymətləndirir və bu inkişafı məmnuniyyətlə qarşılayırıq". 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib:

 

"Hazırda Əfqanıstanın yeni hökumət nümayəndəsinin burada olması da olduqca vacibdir. Digər tərəfdən, son vaxtlar Şərqdə baş verən İran–İsrail münaqişəsi regionu müharibəyə sürükləyə bilərdi, lakin əldə olunan sülh bu təhlükənin qarşısını aldı. Eyni zamanda, biz ölmcül silahların yayılmasının qarşısının alınmasını və İsrail–Qəzza müharibəsinin dəhşətlərinə son qoyulmasını vacib məsələ hesab edirik. Qəzzaya humanitar yardım heç bir şərt qoyulmadan təmin edilməlidir".