Rusiya ordusu Ukraynaya PUA-lar və ballistik raketlərlə kütləvi zərbə endirib

Tarix: 11:26 04.07.2025
Cümə gecəsi Rusiya ordusu Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə kütləvi zərbə endirib. Paytaxtda 23 nəfər xəsarət alıb, onların arasında bir uşaq da var. Ukrayna Silahlı Qüvvələri bunu “anti-rekord” adlandırıb. Ukrayna PUA-ları Rostov vilayəti və Serqiyev Posad şəhərinə zərbələr endirib.
Ukraynanın paytaxtında altı rayonda yaşayış binalarında yanğın və dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, 23 nəfər xəsarət alıb, onlardan biri 10 yaşlı qızdır. 14 yaralı xəstəxanaya yerləşdirilib. Yerli sakinlərə sığınacaqlarda qalmaq tövsiyə olunub. Paytaxt Kiyevdə hava həyəcanı cümə axşamı axşam saatlarından elan edilib, gecə ərzində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib.
Gecə saat 2:30 radələrində Hava Qüvvələri ballistik raket təhlükəsi barədə məlumat verib, paytaxtda bir sıra partlayış səsləri eşidilib. Nəticələr dəqiqləşdirilir.
Rusiyanın Kiyevə qarşı gecə hücumu nəticəsində dəmir yolu infrastrukturu zərər görüb. Sərnişin qatarlarının hərəkəti qismən məhdudlaşdırılıb, qərb istiqamətində qatarlar Vişnıovoye və Darnitsa üzərindən dəyişdirilmiş marşrutla hərəkət edir, bu isə 2 saata qədər gecikmələrə səbəb olur.
Euronews
Fatimə Heydərova