RTÜK sədri idarə heyətinin qərarları ilə bağlı tənqidlərə cavab verib

Tarix: 15:05 04.07.2025
Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin sosial media hesabında RTÜK-ün sosial media təzyiqi altında hərəkət etmədiyini və qanunla danışdığını açıqlayıb.
Şahin, “RTÜK-dən milli-mənəvi dəyərləri təhqir edən, ictimaiyyəti məzhəb qarşıdurmasına sürükləməyə çalışan, kin və düşmənçiliyi qızışdıran, müqəddəs dəyərlərə və dövlət rəsmilərinə hörmətsizlik edən yayımlara göz yummasını gözləmək olmaz”,- deyib. Şahin sosial media hesabından verdiyi açıqlamada RTÜK-ün sosial media təzyiqi altında deyil, 6112 saylı qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı