İsrail İrana hücumundan sonra Qəzzanı bombalayıb

Tarix: 15:50 04.07.2025
İsrail mətbuatının məlumatına görə, İrana hava hücumu həyata keçirən israilli pilotlar geri dönüş zamanı “yanacaq qənaəti və təhlükəsizlik” səbəbi ilə təyyarələrində qalan raketləri Qəzzaya yönəldiblər. Hücum nəticəsində yüzlərlə mülki şəxs həyatını itirib.
“Maariv” qəzetinin iddiasına əsasən, bəzi pilotlar sursatı geri daşımağı riskli və mənasız sayaraq, onu Qəzzada hədəflərə atıblar. Bu yanaşma sonradan İsrail Hərbi Hava Qüvvələrinin rəhbərliyi tərəfindən dəstəklənərək sistemli hal alıb.
İsrail və İran arasında 12 gün davam edən gərginlik regional müharibəyə çevrilmədən bitsə də, Qəzzadakı vəziyyət daha da ağırlaşıb. Mühasirədə olan bölgə bu dəfə də silahlı qarşıdurmaların əsas qurbanı olub.
TRT XƏBƏR
Mahmudlu Ləman