İmaməli Rəhman Xankəndiyə gəlib

Bölmə: Dünya › ,
Tarix: 12:33 04.07.2025

 

Tacikistan Prezidenti İmaməli Rəhman İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Tacikistan Prezidenti İmaməli Rəhmanı elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.