İsrail Yəməndə yeni əməliyyata başlayıb

Tarix: 09:40 07.07.2025
İsrail Yəməndə “Ənsari Allah” hərəkatına (husilər) qarşı “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri husilərin nəzarətində olan Hudeydə, Rəs-İsa və Əs-Salif limanlarına hava zərbələri endirib.
Eyni zamanda, Rəs-Qanatib bölgəsində yerləşən elektrik stansiyası da vurulub.