Lavrov Ukrayna ilə sülh sazişində Rusiyanın şərtlərini açıqlayıb

Tarix: 15:07 07.07.2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın Magyar Nemzet qəzetinə verdiyi müsahibədə Ukrayna ilə mümkün sülh sazişi çərçivəsində Moskvanın irəli sürdüyü əsas tələbləri açıqlayıb.
Nazirin sözlərinə görə, sülh müqaviləsində Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiya Federasiyasına qarşı bütün iddialardan imtina, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi və dondurulmuş aktivlərin geri qaytarılması kimi şərtlər əksini tapmalıdır.
Sergey Lavrov əlavə edib ki, Rusiya münaqişənin siyasi və diplomatik yolla həllinə həmişə açıq olub və bu mövqeyini davam etdirir. O vurğulayıb ki, burada söhbət sadəcə atəşkəsdən deyil, uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasından gedir.
Mənbə: Caliber
Aytən Ağazadə