Daha bir ulduz futbolla vidalaşıb

Tarix: 17:03 07.07.2025
"Barselona", "Sevilya" və Xorvatiya millisinin sabiq futbolçusu İvan Rakitiç 37 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, idmançı bununla bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
Klublarda və milli komandada karyerası ərzində Rakitiç 993 rəsmi oyun keçirib, 140 qol vurub və 157 məhsuldar ötürmə edib, 17 kubok qazanıb. O, 2018-ci il dünya çempionatında gümüş medala sahib çıxıb.
Rakitiç 2015-ci ildə Xorvatiyada ilin idmançısı seçilib və 2018-ci ildə Şahzadə Branimir ordeni ilə təltif edilib.