Nüfuzlu gürcü biznesmen hava limanında saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 17:05 07.07.2025

 

Nüfuzlu gürcü biznesmen, “Silk Road Group”, “Silknet”, “Euronews Georgia” şirkətlərinin təsisçisi Georgi Ramişvili qanunsuz silah saxladığına görə saxlanılıb.

 

"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Gürcüstan” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

İş adamının saxlanıldığı maddə qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların əldə edilməsi, saxlanması, daşınması, istehsalı, göndərilməsi və ya istifadəsini nəzərdə tutur. Saxlanılan şəxsi 10 ilə qədər həbs gözləyir.


Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs bazar günü, iyulun 6-da Tbilisi hava limanında həyata keçirilib. Onun əl yükündən silah, sursat aşkarlanıb. Silah onun adına rəsmiləşdirilib, lakin iş adamının onu gəzdirməyə icazəsi olmayıb.