"Şamaxı" braziliyalı futbolçu transfer edib

Tarix: 19:57 08.07.2025
"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"İnformator.az" "QOL.az" a istinadən xəbər verir ki, braziliyalı futbolçu Cezar Henrique Dias Santosu heyətə cəlb edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Henrique son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib. Xatırladaq ki, "Şamaxı" bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, və Karim Rossini də transfer edib.