ABŞ həftəsonuna qədər Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir

Tarix: 23:16 08.07.2025
ABŞ həftəsonuna qədər Qəzzada atəşkəs razılaşmasına nail olmağa ümid edir ki, bu da sonda uzunmüddətli sülhə gətirib çıxaracaq.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
"Hazırda danışıqlar aparılır. Ümid edirik ki, həftəsonuna qədər 60 günlük atəşkəs əldə edəcək, 10 girovun azad ediləcək və doqquz ölü girovun meyiti təhvil veriləcək. İnanırıq ki, bu, Qəzzada uzunmüddətli sülhə gətirib çıxaracaq", - o, əlavə edib.