Goranboyda tikinti mağazasında yanğın olub

Tarix: 23:44 08.07.2025
Goranboy rayonunda tikinti mağazasının zirzəmisində yanğın olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
İlham Əmrahova məxsus 150 kv.m sahəsi olan mağazanın 50 kv.m zirzəmi hissəsi naməlum səbəbdən yanıb.
Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Şöbəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.