Avropa Birliyi Avstriyaya büdcə nəzarəti tədbiri başlayıb

Tarix: 21:05 08.07.2025
AB Şurası İqtisadi Sabitlik və Artım Paktı çərçivəsində həddindən artıq büdcə kəsiri olan Avstriyaya qarşı intizam proseduru başladığını açıqlayıb.
Açıqlamada bildirilmiş ki, bu prosedur AB-yə üzv ölkələrin büdcələrində intizamı təmin etmək üçün hazırlanmış mexanizmdir.
Avstriyanın 2024-cü ildə ÜDM-nin 4,7%-i həcmində büdcə kəsiri verdiyi vurğulanıb və bu yüksək kəsir səbəbindən qərar qəbul edildiyi bildirilib.
Avstriyaya 2028-ci ilə qədər bu kəsiri aradan qaldırmaq üçün izləməli olduğu istiqamət tövsiyə formasında göndərilib və ölkənin bu istiqamətdə atacağı addımları 15 oktyabra qədər təqdim etməsi tələb edilib.
Avstriya ötən il 4,7% büdcə kəsiri verib. AB Komissiyası bu il kəsirin ÜDM-in 4,4%-i, gələn il isə 4,2%-i olacağını proqnozlaşdırıb.
AB-nin maliyyə qaydaları üzv ölkələrin dövlət kəsiri və borc səviyyələrini məhdudlaşdırmağı nəzərdə tutur. Normal şərtlərdə üzv ölkələrin büdcə kəsiri ÜDM-in 3%-ni, dövlət borcu isə 60%-ni keçməməlidir.
Bu hədlər aşılarkən görüləcək tədbirlərin AB Komissiyasına bildirilməsi və təsirli mübarizə aparılması tələb olunub.
TRT Haber
Xəlilli Nigar