Putin özünü rəhmli göstərir, əslində isə...

Bölmə: Dünya › ,
Tarix: 08:35 09.07.2025

Rusiya Prezidenti Vladimir Putin hər zaman rəhmli davranmağa çalışır, lakin əslində çox yalan danışır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.


“Bu müharibə (Ukrayna müharibəsi – red.) əslində olmamalı idi. Xeyli insan öldü, bu savaş bitməlidir. Putin bizə çoxlu cəfəngiyyat danışır. O, hər zaman özünü rəhmli göstərir, amma bu, heç bir məna kəsb etmir”, - deyə Ağ Ev rəhbəri bildirib.