Türkiyə bu ölkədə neft və qaz axtaracaq

Tarix: 14:37 09.07.2025
Əldə olunan razılaşmaya əsasən, türk şirkətləri Pakistanın bəzi bölgələrində neft və təbii qaz kəşfiyyatı ilə məşğul olacaq.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı İshaq Dar ilə birgə keçirdiyi birifinqdə deyib.
Qeyd edək ki, H.Fidan və Türkiyə milli müdafiə naziri Yaşar Gülər Pakistanda səfərdədir.